Yuxarı

​Dələduzluqda təqsirləndirilən qadının məhkəməsi keçirilib

Məhkəmənin növbəti prosesi mayın 12-nə təyin edilib

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Babaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə 13 saylı dövlət notariat kontorunun notariusu Kəmalə Hüseynzadə şahid qismində ifadə verib.

O, ifadəsində 2012-ci ildə bir vətəndaşa müvəqqəti şəxsiyyət vəsiqəsi ilə etibarnamə verdiyini bildirib: "Həmin vaxtı yaxşı xatırlamıram. Nə bilirəmsə, hamısını ifadəmdə qeyd etmişəm".

Məhkəmənin növbəti prosesi mayın 12-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, A.Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi