Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub Elnarə Fətullayeva 10 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
27 May , 2016 15:35
Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

Bakı. 27 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Elnarə Fətullayevanın cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Fətullayeva 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Fətullayeva şəhər sakinlərinin etimadını qazanaraq onlara qarşı külli miqdarda dələduzluq edib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi