Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib

Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
14 Fevral , 2017 13:39
Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib

Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asya Hüseynova və Sevinc Orucovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Report"un məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Hüseynova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. S.Orucova barəsində isə 8 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılıb. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər kustar üsulla hazırlanmış saxta qızılları girov qoyaraq dələduzluq yolu ilə Səmayə Hüseynovanın ümumilikdə 380 min manat, Gülşən İmranovanın isə 42 min manat nəğd pulunu ələ keçiriblər. S.Orucova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi