Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb Qoşqar Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Hadisə
30 Dekabr , 2016 12:02
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qoşqar Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Q.Sultanov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi