Dələduzluqda təqsirləndirilən kişi və qadına hökm oxunub

Dələduzluqda təqsirləndirilən kişi və qadına hökm oxunub Məhkəmənin hökmü ilə hər iki şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
3 Oktyabr , 2016 12:29
Dələduzluqda təqsirləndirilən kişi və qadına hökm oxunub

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rusiya vətəndaşı İslam İbrahimov və qeyri-rəsmi nikahda olduğu Nigar Saqıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, İ.İbrahimov bir neçə nəfərdən torpaq sahələrinə sənəd düzəltmək, ticarət obyektlərinin eskiz layihələrini təsdiqlətmək adı ilə külli miqdarda pul alıb. Daha sonra o, verdiyi vədlərə əməl etməyib.

Belə ki, Rusiya vətəndaşı olan İ.İbrahimov Bakı şəhər sakini Feyruz Babayevin ofis və ticarət mərkəzi tikmək istədiyini öyrənib və eskiz layihəsinin təsdiq edilməsi üçün Bakı Şəhər İcra hakimiyyətində olan tanışları vasitəsi ilə bu işi görə biləcəyini deyib. O, bu məqsədlə F.Babayevdən əvvəlcə 23850 manat, daha sonra isə 20 min manat alıb.

İ.İbrahimova cinayət əməlində ona qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Saqıyeva kömək edib. N.Saqıyeva Xaçmaz rayon sakini Fatma Fərzəliyevadan 16 min manat dəyərində qızıl-zinət əşyaları və 2800 manat nağd pul alıb. "Qızıl Fatma" ləqəbi ilə tanınan F.Fərzəliyeva pulunun bir hissəsinin geri qaytarılmadığını deyib.

Hər iki şəxs vətəndaşların şikayətləri əsasında həbs edilib. Onlar Cinayət Məcələsinin 178.2.3-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi