Dələduzluqda təqsirləndirilən keçmiş polis rəisinin arvadının məhkəməsində mübahisə düşüb

Dələduzluqda təqsirləndirilən keçmiş polis rəisinin arvadının məhkəməsində mübahisə düşüb Məhkəmənin növbəti prosesi oktyabrın 17-nə təyin edilib
Hadisə
5 Oktyabr , 2016 16:34
Dələduzluqda təqsirləndirilən keçmiş polis rəisinin arvadının məhkəməsində mübahisə düşüb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilinin ötən iclasda qaldırdığı vəsatətə baxılıb.

Vəkil məhkəmə prosesinin qapalı keçirilməsisi istəyib. Vəsatət təmin edilməyib.

Daha sonra prosesdə şahid qismində tanınmış Esmira Ağayeva ifadə verib.

O, təqsirləndirilən şəxsin evində bir müddət qulluqçu olaraq çalışdığını bildirib. E.Ağayeva zərərəçəkmiş Anarə Məmmədovanın qonşusunun evində uşağa baxdığını deyib: "Anarəni çox xeyirxah insan kimi tanıdım. Mən Qazaxıstan vətəndaşı olduğumdan Bakıda yaşamaq üçün Miqrasiya Xidmətindən sənəd almalı idim. Bunun üçün Anarə xanıma dedim. O da rüsumu ödəyib, mənə köməklik elədi. Anarə məni Leylanın yanına göndərdi. Leyla mənə paltar verdi, sonra isə onun evində işləməyimi istədi. Lakin o, mənə and içdirdi ki, orada işləməyimi Anarəyə deməyim".

L.Əkbərova isə şahidin yalan danışdığını, onun öyrədildiyini deyib.

Bundan sonra tərəflər arasında mübahisə artdığından hakim məsələyə müdaxilə edib və şahidin dindirilməsini dayandırıb və onun istintaqa verdiyi ifadəsini təsdiqlədiyi elan olunub.

Məhkəmənin növbəti prosesi oktyabrın 17-nə təyin edilib.

Qeyd edək ki, L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimdəməkdə ittiham edilir. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittihamç olunur.

Xatırladaq ki, L.Əkbərova Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlər Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır. 

Son xəbərlər

Orphus sistemi