Dələduzluqda təqsirləndirilən keçmiş polis rəisinin arvadının məhkəmə istintaqı başa çatıb

Dələduzluqda təqsirləndirilən keçmiş polis rəisinin arvadının məhkəmə istintaqı başa çatıb Növbəti məhkəmə prosesi aprelin 26-na təyin edilib
Hadisə
17 Aprel , 2017 13:02
Dələduzluqda təqsirləndirilən keçmiş polis rəisinin arvadının məhkəmə istintaqı başa çatıb

Bakı. 17 aprel REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Növbəti məhkəmə prosesi aprelin 26-na təyin edilib.

Qeyd edək ki, L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, L.Əkbərova Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır.

Son xəbərlər

Orphus sistemi