Yuxarı

Dələduzluqda təqsirləndirilən iş adamının apellyasiya şikayətinə baxılıb

Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb

Bakı. 19 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən 1950-ci il təvəllüdlü Vahid Əsgərxan oğlu Zərgərov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, V.Zərgərovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, iş adamı olan V.Zərgərov ötən il dələduzluqda təqsirli bilinərək saxlanılıb. O, Xətai rayonu ərazisində tikinti sənaye materiallarının satışı ilə məşğul olur. V.Zərgərov vətəndaşların etibarından sui-istifadə edərək, onları mal gətirmək adı ilə aldadaraq külli miqdarda pulunu mənimsədiyi bildirilir.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə)maddəsi ilə ittiham olunub.

Bu il fevral ayının 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zərgərov barəsində şəri cəza çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılı. Hökmdən narazı qalan məhkumun müdafiəçisi Bəylər Məmişov apellyasiya şikayəti verib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını isytəyib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkili məhkəmənin istintaqla aparılması barədə vəsatət verib. Lakin hakim vəsatəti təmin etməyib. Həmin qərardan kassasiya şikayəti verilib. Ali Məhkəmədə də kassasiya şikayətini təmin etməyib, iş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, V.Zərgərov 2008-ci ildə də dələduzluqda təqsirli bilinərək Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi