Dələduzluqda təqsirləndirilən internet TV təsisçisi məhkəmədə ifadə verib - YENİLƏNİB

Dələduzluqda təqsirləndirilən internet TV təsisçisi məhkəmədə ifadə verib - YENİLƏNİB Məhkəmə prosesi davam etdiriləcək
Hadisə
13 İyun , 2017 18:00
Dələduzluqda təqsirləndirilən internet TV təsisçisi məhkəmədə ifadə verib - YENİLƏNİB

Mingəçevir. 13 iyun. REPORT.AZ/ Mingəçevirdə dələduzluqda təqsirləndirilən internet TV təsisçisinin məhkəməsinə dövlət ittihamçısı ittiham aktını elan edib. 

"Report"un Şirvan bürosunun məlumatına görə, ittiham aktına əsasən, cinayət işi üzrə 10 zərərçəkmiş var. Təqsirləndirilən şəxs həmin şəxslərin ümumulikdə 10 162 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Elan olunmuş ittiham üzrə İ.Şirinov özünü qismən təqsirli bildiyini söyləyib. O, dindirilərkən kimlərinsə yalnış vədlərinə inandığını etiraf edib. 

Prosesdə 8 zərərçəkimiş ifadə verib. Digər 2 zərərçəkmiş isə məhkəməyə gəlmədiyi üçün növbəti iclasda dindiriləcək. 

Məhkəmənin növbəti iclası iyun 22-nə təyin edilib.


***17:14

Mingəçevir. 13 iyun. REPORT.AZ/ Bu gün Mingəçevir Şəhər Məhkəməsində dələduzluqda təqsirləndirilən İnqilab Xosrov oğlu Şirinov cinayət işi üzrə məhkəməsi başlayıb.

“Report” Şirvan bürosunun məlumatına görə, hakim Ələkbər Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hazırda proses davam etdirilir.

Qeyd edək ki, İ.Şirinov Cinayət Məcəlləsinin 178.2.2-ci(dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunur. O, vətəndaşlara özünü "Qurtuluş TV"nin təsisçisi kimi təqdim edərək, onları əməkdaşlığa cəlb olunacağını vəd edib və həmin şəxslərin etibarından istifadə edərək dələduzluq yolu ilə pul  ələ keçirib.

Son xəbərlər

Orphus sistemi