​Dələduzluqda təqsirləndirilən İran vətəndaşının şikayəti əsasında məhkəmə başlayıb

​Dələduzluqda təqsirləndirilən İran vətəndaşının şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası avqustun 11-nə təyin edilib
Hadisə
29 İyul , 2016 12:56
​Dələduzluqda təqsirləndirilən İran vətəndaşının şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 29 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən İran vətəndaşı Cəfər İsfəndiyar oğlu Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Report”un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 11-nə təyin edilib.

Qeyd edək ki, C.Cəfərov 10-a yaxın vətəndaşdan külli miqdarda pul alaraq qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Bu il may ayının 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Cəfərov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qaln məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi