Dələduzluqda təqsirləndirilən FHN əməkdaşına hökm oxunub

Dələduzluqda təqsirləndirilən FHN əməkdaşına hökm oxunub Onun başqa cinayət əməli olduğundan, barəsində həbs qətimkan tədbiri seçilib
Hadisə
13 Mart , 2017 13:22
Dələduzluqda təqsirləndirilən FHN əməkdaşına hökm oxunub

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Etibar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Əliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, E.Əliyevə şərti cəza verilib.

Hökm elan olunarkən hakim bildirib ki, E.Əliyevin barəsində başqa cinayət əməli olduğundan, ona ötən gün həbs qətimkan tədbiri seçilib. Buna görə də o, azadlığa buraxlmayıb.

Qeyd edək ki, E.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda olduqda) maddəsi ilə ittiham olunub.

O, Bakı sakini Nəsimi Əsədova qarşı dələduzluq əməli törədib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin inspektoru vəzifəsində çalışmış E.Əliyev həmin şəxsdən 11500 manat pul alıb. Bunun qarşılığında isə E.Əliyev N.Əsədovu FHN-ə işə düzəltmək vədi verib. Lakin sonradan vədinə əməl etməyib.

Məhkəmə prosesində zərərçəkmiş N.Əsədov şikayətini geri götürüb. O, dəymiş zərərin ödənildiyini söyləyib. Tərəflər arasında barışıq əldə edilib.

Son xəbərlər

Orphus sistemi