Dələduzluqda təqsirləndirilən "Əməkdar müəllim"in məhkəməsi başlayıb

Dələduzluqda təqsirləndirilən "Əməkdar müəllim"in məhkəməsi başlayıb Məhkəmənin növbəti iclası dekabrın 14-nə təyin edilib
Hadisə
7 Dekabr , 2017 12:39
Dələduzluqda təqsirləndirilən Əməkdar müəllimin məhkəməsi başlayıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1955-ci il təvəllüdlü Nuriyyə Ağayevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 14-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, N.Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşları övladlarını ali məktəblərə qəbul etdirəcəyini vəd edərək pullarını dələduzluq yolu ilə ələ keçirib.

N.Ağayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikə) maddəsi ilə ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, N.Ağayeva filologiya elmləri namizədi, "Əməkdar müəllim"dir. O, həbs edilməmişdən bir müddət əvvəl işlədiyi təhsil müəssisəsindən ayrılıb.

Son xəbərlər

Orphus sistemi