Dələduzluqda təqsirləndirilən bank əməkdaşı azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən bank əməkdaşı azadlığa buraxılıb Məhkəmə Sevda Kərimovaya şərti cəza verib
Hadisə
1 Noyabr , 2016 12:59
Dələduzluqda təqsirləndirilən bank əməkdaşı azadlığa buraxılıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sevda Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə məhkəmə onun barəsində şərti cəza verib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, S.Kərimova "Parabank"ın Nəsimi filialının əməkdaşı olub. O, külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinib. S.Kərimova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi