Dələduzluqda təqdirləndirilən şirkət rəhbərinin məhkəməsində şahidlər dindirilib

Dələduzluqda təqdirləndirilən şirkət rəhbərinin məhkəməsində şahidlər dindirilib Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib
Hadisə
16 İyun , 2017 13:25
Dələduzluqda təqdirləndirilən şirkət rəhbərinin məhkəməsində şahidlər dindirilib

Bakı. 16 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Topstap LTD" MMC-nin təsisçisi Mətanət Həsənovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report" un xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "Topstap LTD" MMC-də operator işləmiş Lalə Səlimli ifadə verib.

O, işlədiyi müddətdə yalnız qonaqların qəbulu və sənədlərin hazırlanmasında iştirak etdiyini bildirib: "Mən heç kimin işə düzəlməsində və pul alınmasında iştirak etməmişəm".

Daha sonra şahid qismində Adlan Əmiraslanov dindirilib. O, işə düzəlmək üçün 600 manat verdiyini söyləyib: "Mən şirkətdə sadəcə 2 ay işlədim. Əvvəl 500, sonrakı ay 100 manat pul almışam".

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

Qeyd edək ki, "Topstap LTD" MMC-nin təsisçisi M.Həsənova 2015-ci ilin noyabrından 2016-cı ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddələri ilə cinayət işi başlanıb və o, şübhəli şəxs qismində tutulub.

Son xəbərlər

Orphus sistemi