Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, mənimsəmədə və quldurluqda təqsirləndirilən Ricat Hidayətov və Əli Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin müdafiəçiləri cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatət veriblər.
Məhkəmə vəsatətləri təmin edərək, cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı qərar çıxarıb.
Qeyd edək ki, hər iki şəxs 3 vətəndaşa qarşı dələduzluq, mənimsəmə və quldurluq etməkdə təqsirli bilinirlər. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 179-cu (mənimsəmə) və 181-ci (quldurluq) maddələri ilə ittiham olunurlar.