Yuxarı

Dələduzluqda ittiham olunan şəxsə şərti cəza verilib

Onun barəsində həbs qətimkan tədbiri seçilməyib

Bakı. 21 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayət Məhkəməsində dələduzluqda təqsirləndirilən Rüstəm Qacarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, R.Qacarov Cinayət Məcəlləsini. 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi