Dələduzluqda ittiham olunan şəxs məhkəmə zalında həbs edilib

Dələduzluqda ittiham olunan şəxs məhkəmə zalında həbs edilib Cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Hadisə
12 Noyabr , 2015 15:47
Dələduzluqda ittiham olunan şəxs məhkəmə zalında həbs edilib

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elşən Mirzəyev, Vüsal Musayev və Zaur İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Mirzəyev 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. V.Musayev və Z.İsayev barəsində isə 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Qeyd edək ki, istintaq zamanı şərti azadlıqda olan hər üç şəxs saxta sənədlərlə ev alqı-satqısı ilə məşğul olublar. Onlar Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi