Dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu alan falçı tutulub

Dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu alan falçı tutulub Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb
Hadisə
23 Sentyabr , 2016 11:30
Dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu alan falçı tutulub

Bakı. 23 sentyabr. REPORT.AZ/ Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında dələduzluqla məşğul olan şəxs yaxalanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dələduzluqla məşğul olan şəxs yaxalanıb. Bakı şəhəri Binə qəsəbəsində yaşayan 39 yaşlı Vüsal Hüseynovun öz qulluq mövqeyindən, vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olması barədə Baş İdarəyə məlumat daxil olub.

V.Hüseynov ona müraciət edən şəxslərin talelərini şər qüvvələrdən təmizləməklə bəxtlərini, yollarını açacağını və ruzilərinin bol olacağını vəd edib. Saxlanılan şəxs belə hüquqazidd əməllərinin müqabilində ona müraciət edən vətəndaşların ümumilikdə 6700 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Son xəbərlər

Orphus sistemi