Dələduzluq yolu ilə 450 min manat pulu mənimsəyən qadına hökm oxunub

Dələduzluq yolu ilə 450 min manat pulu mənimsəyən qadına hökm oxunub Aygün Babaşova 11 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
16 Avqust , 2016 17:14
Dələduzluq yolu ilə 450 min manat pulu mənimsəyən qadına hökm oxunub

Bakı. 16 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Babaşovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Babaşova 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, A.Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq.

A.Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi