Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Arif Nuriyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Nuriyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Nuriyev vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. O, zərəçəkmişlərin şikayəti əsasında polis əməkdaşları tərəfindən saxlanılıb.
A.Nuriyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olub.