Lənkəran sakininin 8000 manatını və “Hyundai”ını dələduzluqla ələ keçirən şəxs saxlanılıb

Lənkəran sakininin 8000 manatını və “Hyundai”ını dələduzluqla ələ keçirən şəxs saxlanılıb Bakı. 15 yanvar. REPORT.AZ/ Dələduzluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Hadisə
15 Yanvar , 2019 12:27
Lənkəran sakininin 8000 manatını və “Hyundai”ını dələduzluqla ələ keçirən şəxs saxlanılıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Dələduzluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini F.Bayramlının 8000 manatını və “Hyundai” markalı avtomobilini dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Rafiq İsrafilov saxlanılıb.

Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən dələduzluq yolu ilə Biləsuvar rayon sakini Davud Abışovun və Bakı şəhər sakini Amil Məmmədovun 2500 manatlarını almaqda şübhəli bilinən Abşeron rayon sakini Əhməd Əhmədov saxlanılıb.

Dələduzluq etdiyinə görə tutulmuş F.Abdullayevanın ətrafında Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Maştağa qəsəbə sakini olan bir qadını aldadaraq 300 manatını və 800 manat dəyərində qızıl-zinət əşyalarını alması da müəyyən edilib.

Araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi