Dələduzluğa görə həbs olunan iş adamının şikayəti təmin edilməyib

Dələduzluğa görə həbs olunan iş adamının şikayəti təmin edilməyib Dələduzluqda təqsirli bilinərək azadlıqdan məhrum edilən Zaur Əzimovun apelyasiya şikayətinə baxılıb.
Hadisə
25 İyun , 2019 10:38
Dələduzluğa görə həbs olunan iş adamının şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsi / Report

Dələduzluqda təqsirli bilinərək azadlıqdan məhrum edilən Zaur Əzimovun apelyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrlik etdiyi kollegiyanın qərarına əsasən, Z.Əzimovun apellyasiya şikayəti təmin edilməyib.

Onun barəsində çıxarılan hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Z.Əzizov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

İttihama görə, iş adamı olan Z.Əzimov tanışları Asiman Ağayevdən 60min, Elşən Məmmədovdan 217 min, İlkin Naibovdan 45 min, Rövşən Tanrıverdiyevdən isə 46 min manat pul alaraq, biznes fəaliyyəti ilə məşğul olacaqlarını, əldə edəcəyi qazancdan hər ay onlara müəyyən məbləğdə gəlir verəcəyi vədini verib. Amma daha sonra aldığı məbləği geri qaytarmayıb.

Xatırladaq ki, Z.Əzimov “MTN işi”ndə təqsirləndirilən general Sübahir Qurbanov və digərlərinin cinayət işində zərərçəkmiş kimi tanınıb.

Son xəbərlər

Orphus sistemi