DÇ-2018 - seçmə mərhələ: Qana və Misir heç-heçə edib

DÇ-2018 - seçmə mərhələ: Qana və Misir heç-heçə edib Paralel keçən qarşılaşmada Konqo və Uqanda da 1:1-lik bərabərə qalıb
Hadisə
13 Noyabr , 2017 06:34
DÇ-2018 - seçmə mərhələ: Qana və Misir heç-heçə edib

Bakı. 13 noyabr. REPORT.AZ/ Qana millisi futbol üzrə Dünya çempionatı – 2018-in seçmə mərhələsinin son oyununda Misir komandası ilə 1:1 hesablı heç-heçə edib.

“Report” xəbər verir ki, qonaqların heyətində Mahmud Əbdülrazek (61-ci dəqiqə), ev sahiblərindən isə Edvin Qiyasi (64) fərqlənib.

Paralel keçən qarşılaşmada Konqo və Uqanda yığmaları da 1:1-lik heç-heçə edib.

"E" qrupunda yekun turnir cədvəli: Misir (13 xal), Uqanda (9), Qana (7), Konqo (2).

Misirdən başqa DÇ-2018-ə Rusiya, Braziliya, İran, Yaponiya, Meksika, Belçika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, İslandiya, Serbiya, Fransa, Portuqaliya, Panama, Uruqvay, Kolumbiya, Argentina, Seneqal, Mərakeş və Tunis vəsiqə qazanıb.

Dünya çempionatının oyunları gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək. Püşkatma mərasimi dekabrın 1-də Moskvada təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi