​Dayısı arvadını öldürməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

​Dayısı arvadını öldürməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası fevralın 16-na təyin edilib
Hadisə
10 Fevral , 2016 10:22
​Dayısı arvadını öldürməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 10 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Qədəşov Əziz Vahid oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

“Report” xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 16-na təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü ilin avqust ayında baş verib. Üç qardaş - Əziz, Nahid və Cahid Qədəşovlar dayısı arvadı Ülkər Abdullayevanı öldürməkdə və dayısını öldürməyə cəhd etməkdə təqsirli biliniblər. Hadisəyə səbəb qardaşların bacısının gəlin getdiyi dayısı evindən küsüb öz evlərinə gəlməsi olub. Məsələni aydınlaşdırmaq üçün dayısıgilə gedən həmin şəxslər qətl törədiblər.

Təqsirləndirilən şəxslər 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3-ci (qəsdən adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3-ci (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunublar.

2015-ci ilin may ayının 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Qədəşov 10 il və N.Qədəşovla Ə.Qədəşov isə 19 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan Ə.Qədəşov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi