Dayısı arvadını öldürməkdə təqsirləndirilən qardaşların cəzası azaldılıb

Dayısı arvadını öldürməkdə təqsirləndirilən qardaşların cəzası azaldılıb Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
16 Sentyabr , 2016 16:06
Dayısı arvadını öldürməkdə təqsirləndirilən qardaşların cəzası azaldılıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən üç qardaş - Əziz, Nahid və Cahid Qədəşovların barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərdən ikisinin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, Əziz və Nahid Qədəşovların 19 il müddətinə azadlıqdan məhrum etmə cəzsı 18 ilə endirilib. C.Qədəşovun barəsindəki hökm isə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə 2014-cü ilin avqust ayında baş verib. Üç qardaş - Əziz, Nahid və Cahid Qədəşovlar dayısı arvadı Ülkər Abdullayevanı öldürməkdə və dayısını öldürməyə cəhd etməkdə təqsirli biliniblər. Hadisəyə səbəb qardaşların bacısı gəlin getdiyi dayısı evindən küsüb öz evlərinə gəlməsi olub. "Məsələni aydınlaşdırmaq" üçün dayısıgilə gedən həmin şəxslər qətl törədiblər.

Təqsirləndirilən şəxslər 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3-ci (qəsdən adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3-ci (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunublar.

2015-ci ilin may ayının 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Qədəşov 10 il və N.Qədəşovla Ə.Qədəşov isə 19 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan Ə.Qədəşov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

Son xəbərlər

Orphus sistemi