Yuxarı

​Daxili işlər nazirinin Bərdədə keçiriləcəyi sıra baxışının vaxtı dəyişdirilib

Qəbulda polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyətinin qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək

Bakı. 25 may. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun Bərdədə keçirəcəyi sıra baxışının vaxtı dəyişdirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirin mayın 27-də Bərdə Rayon Polis Şöbəsində nəzərdə tutulan sıra baxışının vaxtı dəyişdirilərək iyun ayının 2-nə keçirilib.

Qəbulda Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, eyni zamanda, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Prezidentin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə gənclərin qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi