Davos forumunda Xəzər regionunun perspektivləri müzakirə ediləcək

Davos forumunda Xəzər regionunun perspektivləri müzakirə ediləcək Bu gün İsveçrənin Davos şəhərində Xəzər Həftəsi, Qlobal İdeyalar Platforması öz işinə başlayıb.
Energetika
20 Yanvar , 2020 19:44
Davos forumunda Xəzər regionunun perspektivləri müzakirə ediləcək

Bu gün İsveçrənin Davos şəhərində Xəzər Həftəsi, Qlobal İdeyalar Platforması öz işinə başlayıb. 

“Report”un yerli bürosu xəbər verir ki, forumda qlobal liderlər və aparıcı ekspertlərin iştirakı ilə Böyük Xəzər regionunda insan və iqtisadi potensialın reallaşmasına dəstək məqsədilə bölgənin perspektivləri müzakirə ediləcək, qlobal ideyaların mübadiləsi aparılacaq.

Avropa və Asiyanın qovşağında yerləşən Xəzər regionu ilə dünyanın digər regionları arasında qarşılığlı siyasi, ticarət, elmi əlaqələrin inkişaf etdirilməsi, yeni texnologiya və innovasiyaların regiona gətirilməsi və genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

Forum çərçivəsində Transzəxər qaz kəməri, onun Böyük Xəzər regionunda rolu və Xəzər Nəqliyyat Koridoruna həsr edilmiş sessiyalar keçiriləcək. Sessiyalar zamanı geo-politik və iqtisadi dəyişikliklər, regionda sülhün qorunması məsələlərinə toxunulacaq.

Forum yanvarın 24-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi