On beş manata görə yaranan davada ölümə səbəb olan şəxs hökmdən narazıdır

On beş manata görə yaranan davada ölümə səbəb olan şəxs hökmdən narazıdır Bakı Apelyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqla ölümə səbəb olmaqda təqsirli bilinən Səməd Pənahovun apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Hadisə
14 İyun , 2019 09:19
On beş manata görə yaranan davada ölümə səbəb olan şəxs hökmdən narazıdır

Bakı Apelyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqla ölümə səbəb olmaqda təqsirli bilinən Səməd Pənahovun apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib və apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Baxış iclası iyunun 24-ə təyin edilib.

Səməd Pənahov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

İttiham aktına əsasən, S.Pənahov tanışları İlqar Abdullayev və Cabbar Babayevlə birlikdə Röyal Xankişiyevlə görüşə gedib. Görüşün məqsədi isə R.Xankişiyevin İ.Abdullayevə borclu olduğu və vaxtında verə bilmədiyi 15 manatı almaq olub.

Məlum olub ki, İ.Abdullayev R.Xankişiyevə 40 manata elektroşok satıb. R.Xankişiyev 25 manatını ödəyib və qalan məbləği yaxın zamanda verə biləcəyini deyib. Lakin dediyi vaxtda pulu qaytara bilmədiyindən tərəflər arasında söz-söhbət yaranıb. Daha sonra dava düşüb, S.Pənahov R.Xankişiyevi idman fəndi ilə yerə yıxıb, onun başı asfalta çırpılıb və ağır xəsarət alıb. Bir neçə saat sonra isə R.Xankişiyev dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi