Daşkəsənə yağan qar şəhərin bir hissəsini işıqsız qoyub

Daşkəsənə yağan qar şəhərin bir hissəsini işıqsız qoyub Buna səbəb şəhəri elektrik enerjisi ilə təmin edən transformatorlardan birinin sıradan çıxmasıdır
Hadisə
17 Oktyabr , 2016 19:35
Daşkəsənə yağan qar şəhərin bir hissəsini işıqsız qoyub

Daşkəsən. 17 oktyabr. REPORT.AZ/ Daşkəsən rayonunda yağan ilin ilk qarı şəhərin bir hissəsini işıqsız qoyub.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, Azərbaycanın dağlıq rayonlardan biri olan Daşkəsənə günorta saatlarından yağan sulu qar axşam saatlarında qara çevrilib. Hələlik avtomobil yollarında hərəkət dayanmasa da, ancaq güclü qarın nəqliyyat vasitələrinin hərəkətində problem yaradacağı istisna olunmur. Hazırda şəhərin bir hissəsində elektirik enerjisinin verilişində fasilə yaranıb. Buna səbəb şəhəri elektrik enerjisi ilə təmin edən transformatorlardan birinin sıradan çıxmasıdır. Hazırda baş vermiş qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, hazırda Daşkəsəndə kəskin hava şəraiti davam edir və temperatur -4 dərəcədir.

Son xəbərlər

Orphus sistemi