Daşkəsəndə yol qəzası baş verib, xəsarət alanlar var

Daşkəsəndə yol qəzası baş verib, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Sentyabr , 2017 18:52
Daşkəsəndə yol qəzası baş verib, xəsarət alanlar var

Daşkəsən. 25 sentyabr. REPORT.AZ/ Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, qəza Daşkəsən-Gəncə avtomobil yolunda qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində sürücü və sərnişin ağır bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi