Daşkəsəndə 18 yaşlı gənc süni göldə boğulub - YENİLƏNİB

Daşkəsəndə 18 yaşlı gənc süni göldə boğulub - YENİLƏNİB Daşkəsən. 10 avqust. REPORT.AZ/ Daşkəsən rayonunda süni göldə batan gəncin meyiti sudan çıxarılıb.
Hadisə
10 Avqust , 2018 14:33
Daşkəsəndə 18 yaşlı gənc süni göldə boğulub - YENİLƏNİB

Daşkəsən. 10 avqust. REPORT.AZ/ Daşkəsən rayonunda süni göldə batan gəncin meyiti sudan çıxarılıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, Daşkəsən rayonunda süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Emin Bəhruz oğlu Əliyevin axtarışları başa çatıb. 

Onun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


*** 11:11

Daşkəsən rayonunda yeniyetmə çayda boğulub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qoşqarçay çayın rayonun Aşağı Daşkəsən qəsəbəsindən keçən hissəsində baş verib. Hələlik kimliyi məlum olmayan 15-16 yaşlı yeniyetmə oğlan çayın qarşısı kəsilərək yaradılmış gölməçədə çimərkən boğulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi