Daşkəsən. 20 dekabr. REPORT.AZ/ Daşkəsən rayonunda vəhşi heyvanlar tərəfindən parçalanmış vəziyyətdə meyiti tapılan kişinin şəxsiyyəti məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Almalı kənd sakini, 1959-cu il təvəllüdlü Bəndər Quliyevin meyiti yaşadığı evdə vəhşi heyvanlar tərəfindən parçalanmış vəziyyətdə aşkar olunub.
Kənd sakinlərinin bildirdiyinə görə, B.Quliyev tənha yaşayan və xəstəlikdən əziyyət çəkən biri olub.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılır.
*** 16:23
Daşkəsən rayonunda fərdi yaşayış evində vəhşi heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Almalı kəndində baş verib.
Belə ki, həmin kənddə yaşayan ahıl kişinin tanınmaz halda olan meyiti yaşadığı evdə aşkar olunub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit muayinə olunması üçün
Faktla bağlı araşdırmalara başlanılıb.