Daşkəsəndə traktor oğrusu tutulub

Daşkəsəndə traktor oğrusu tutulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
31 İyul , 2015 13:46
Daşkəsəndə traktor oğrusu tutulub

Bakı. 31 iyul. REPORT.AZ/ Daşkəsəndə həmkəndlisinin traktorunu qaçıran şəxsin kimliyi məlum olub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Daşkəsən rayonunun Xoşbulaq kəndindən kənd sakini Əmrah İsmayılova məxsus "MTZ-80" markalı traktor qaçırılıb. Traktor Təzəkənd kəndinin ərazisində tapılıb.

Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakini Nəriman Əliyev tərəfindən törədilməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi