Daşkəsəndə sərxoş gənclər arasında kütləvi dava olub

Daşkəsəndə sərxoş gənclər arasında kütləvi dava olub Beş nəfər polis tərəfindən saxlanılıb
Hadisə
16 Yanvar , 2017 02:14
Daşkəsəndə sərxoş gənclər arasında kütləvi dava olub

Daşkəsən. 16 yanvar. REPORT.AZ/ Daşkəsən rayonunda sərxoş gənclər arasında kütləvi dava düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, gecə saatlarında rayonun Nizami Gəncəvi küçəsində bir qrup gənc hələ ki, bilinməyən səbəblərdən mübahisə edib.

Nəticədə əlbəyaxa olan gənclərdən ikisi baş və üz nahiyəsindən müxtəlif dərəcəli xəsarət alıb. Hadisə yerinə gələn Daşkəsən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən davanın qarşısı alınıb və beş nəfər saxlanılaraq şöbəyə aparılıb.

Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi