Daşkəsəndə poçtdan 15-ə yaxın bağlama oğurlanıb, məktub və sənədlər məhv edilib - YENİLƏNİB

Daşkəsəndə poçtdan 15-ə yaxın bağlama oğurlanıb, məktub və sənədlər məhv edilib - YENİLƏNİB Daşkəsən. 21 dekabr. REPORT.AZ/ Azərpoçt MMC-nin Daşkəsən Poçt Filalı baş verən oğurluq hadisəsinə münasibət bildirib. 
Hadisə
21 Dekabr , 2017 13:10
Daşkəsəndə poçtdan 15-ə yaxın bağlama oğurlanıb, məktub və sənədlər məhv edilib - YENİLƏNİB

Daşkəsən. 21 dekabr. REPORT.AZ/ "Azərpoçt" MMC-nin Daşkəsən Poçt Filalı baş verən oğurluq hadisəsinə münasibət bildirib. 

Filialdan "Report"un yerli bürosuna Daşkəsən Poçt Flialında təhlükəsizlik kamerası və mühafizənin olmadığı bildirilib: "İçəri daxil olanlar pulların olduğu seyfi aça bilmədiklərindən əsasən göndərilməsi planlaşdırılan bağlamaları (pasılka) açaraq içərisindəki ləvazımatları oğurlayıblar. Məktub qutularında və masalarda olan məktubları həmçinin digər sənədləri də yırtıb ərazidən uzaqlaşıblar".

Qeyd edək ki, baş verən oğurluq hadisəsi ilə bağlı Rayon Polis Şöbəsinə məlumat verilib.


***12:46

Daşkəsən. 21 dekabr. REPORT.AZ/ Daşkəsən rayon poçt idarəsində oğurluq olub.

"Report"un Qərb bürosunun məlumatına görə, səhər saatlarında işə gələn əməkdaşlar poçtun qapısının sındırıldığınə görüblər. 

Məlum olub ki, poçtda olan 15-ə yaxın bağlama və içəridə olan ləvazimatlar oğurlanıb. Bundan başqa məktub və sənədlər yırtılaraq məhv edilib. İdarədə olan seyfi isə aça bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi