Daşkəsəndə oğulun ata-anasını baltalamasının təfərrüatları məlum olub - YENİLƏNİB

Daşkəsəndə oğulun ata-anasını baltalamasının təfərrüatları məlum olub - YENİLƏNİB Daşkəsən. 13 sentyabr. REPORT.AZ/ Daşkəsəndə oğulun ata-anasını baltalamasının bəzi təfərrüatları məlum olub.
Hadisə
13 sentyabr 2018 18:50
Daşkəsəndə oğulun ata-anasını baltalamasının təfərrüatları məlum olub - YENİLƏNİB

Daşkəsən. 13 sentyabr. REPORT.AZ/ Daşkəsəndə oğulun ata-anasını baltalamasının bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qabaqtəpə kəndində yaşayan 1944-cü il təvəllüdlü İlyas Həmzə oğlu Bağırov və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırova axşam saatlarında onlarla birgə yaşayan oğulları Firdovsi İlyas oğlu Bağırov tərəfindən balta ilə ağır dərəcəli bədən xəsarətləri alıblar. O, anasının başına balta ilə bir neçə zərbə endirib, atasına isə küt alətlə zərbələr endirərək baş və üz nahiyəsinə ciddi xəsarətlər yetirib.

Hadisə zamanı F.Bağırovun sərxoş olduğu bildirilir. Narkotik maddə istifadəçisi olduğu üçün bir neçə il məhkumluq həyatı yaşayan F.Bağırov bir müddət əvvəl həbsdən çıxıb və həyat yoldaşından ayrılaraq, ata-anasının yanında qalıb.

Onun bundan əvvəl də valideynləri ilə ailədaxili münaqişəsinin olduğu bildirilir. Hadisə zamanı ailənin yaxınlıqda olan digər ovladı səs-küyə gəlib və ata-anasını avtomobilə mindirərək Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Reanimasiya şöbəsində müalicəsi davam edən ər-arvadın vəziyyəti ağırdır.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.


***21:35

Daşkəsən. 13 sentyabr. REPORT.AZ/ Daşkəsəndə həbsdən çıxan oğul ata və anasını baltalayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qabaqtəpə kəndində yaşayan, 1944-cü il təvəllüdlü İlyas Həmzə oğlu Bağırov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırova öz oğlu, Firdovsi İlyas oğlu Bağırov tərəfindən baltalanıblar. Hər iki şəxs baş və üz nahiyələrindən çoxsaylı ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən ər və arvadın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, F.Bağırov həbsxanadan yenicə çıxıb. Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


***20:12

Daşkəsən. 13 sentyabr. REPORT.AZ/ Daşkəsən rayonunda ər-arvad baltalanıb.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Qabaqtəpə kəndində baş verib. 

Belə ki, hələlik adı məlum olmayan yaşlı kişi və onun həyat yoldaşı ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb.

Xəstəxanada "Report"un Qərb bürosuna bildirilib ki, hər iki şəxs baş və bədənin müxtəlif nahiyələrindən balta ilə xəsarət alıb. 

Faktla bağlı araşdırmalara başlanlılb. 

Son xəbərlər

Orphus sistemi