Daşkəsəndə narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Daşkəsəndə narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb Daşkəsəndə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Hadisə
4 Yanvar , 2022 15:06
Daşkəsəndə narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Daşkəsəndə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsü yol nişanının tələbəni pozduğu üçün saxlanılıb.

Həmin nəqliyyat vasitəsini idarə edən Elmar Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən E. Məmmədovun psixotrob vasitədən istifadə etdiyi məlum olub.
Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi