Daşkəsəndə mülki müdafiə qüvvələrinin təlimləri keçirilib - FOTO

Daşkəsəndə mülki müdafiə qüvvələrinin təlimləri keçirilib - FOTO Təlimdə təhlükəsizlik qaydalarına ciddi riayət olunub və təlim uğurla başa çatıb
Hadisə
24 Avqust , 2016 13:35
Daşkəsəndə mülki müdafiə qüvvələrinin təlimləri keçirilib - FOTO

Daşkəsən. 24 avqust. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi Daşkəsən rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda təlim keçirilib.

Daşkəsən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Uğur Ələkbərovun “Report”un Qərb bürosuna verdiyi məlumata görə, kompleks təlim zamanı heç kəs xəsarət almayıb: "Rayonun mərkəzi stadionunda keçirilən təlimə 40-dan çox texnika və rayon icra hakimiyyəti, rayon fövqəladə hallar komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvələri, Təcili Tibbi Yardım, Qaz İstismar İdarəsi, Su-kanal İdarəsi, və digər təsərrüfat obyektləri həmçinin Daşkəsən rayon "Filizsaflaşdırma" ASC-dən, ümümilikdə 190-a yaxın mülki şəxs və Daşkəsən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 15 nəfərdən ibarət 2 yanğınsöndürən manqası cəlb olunub. Təlim zamanı baş verən fovqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin və mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş verən ərazinin mühafizəsi, sahəyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, epidemiya və epizootiyaya qarşı mübarizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işləri ilə bağlı tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər".

Rəis müavini bildirib ki, təlimdə təhlükəsizik qaydalarına ciddi riayət olunub və təlim uğurla başa çatıb: "Fövqəladə hallarda mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etməkdən və mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar üzrə komissiyaların fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığının yoxlanılması məqsədi ilə keçirilən təlimdə təhlükəsizik qaydalarına ciddi riayət olunub və təlim uğurla başa çatıb".

Son xəbərlər

Orphus sistemi