Daşkəsəndə mübahisə edən şəxslərdən biri digərini boğaraq öldürmək istəyib

Daşkəsəndə mübahisə edən şəxslərdən biri digərini boğaraq öldürmək istəyib Daşkəsən. 28 yanvar. REPORT.AZ/ Daşkəsəndə iki iş yoldaşı arasında dava ilə nəticələnən mübahisə yaranıb.
Hadisə
28 yanvar 2018 13:29
Daşkəsəndə mübahisə edən şəxslərdən biri digərini boğaraq öldürmək istəyib

Daşkəsən. 28 yanvar. REPORT.AZ/ Daşkəsəndə iki iş yoldaşı arasında dava ilə nəticələnən mübahisə yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon sakini 1965-ci il təvəllüdlü İlqar Dəmir oğlu Hüseynov Musa adlı iş yoldaşı ilə hələ ki, bilinməyən səbəbdən mübahisə edib. 

Mübahisə zamanı Musa adlı şəxs İ. Hüseynovu boğmağa başlayıb. Yaxınlıqdakıların köməyi ilə boğulmaqdan xilas olan İlqar xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi