Daşkəsəndə minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - YENİLƏNİB

Daşkəsəndə minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - YENİLƏNİB Daşkəsən rayonunda ağır yol-nəqliyyat hadisəsi olub
Hadisə
20 Aprel , 2021 22:30
Daşkəsəndə minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - YENİLƏNİB
0 : 00
0 : 00

Daşkəsən-Xoşbulaq avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Xoşbulaq kəndində qeydə alınıb.

"VAZ-21015" markalı avtomobil Daşkəsən rayon sakini, 1991-ci il təvəllüdlü Zabil Əsgərovun idarə etdiyi "Ford" markalı kiçik tutumlu yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü boğaz və digər bədən nahiyələrindən ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt üzrə araşdırma aparılır.

22:12

Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Xoşbulaq kəndində qeydə alınıb. "VAZ-21015" markalı avtomobilin "Ford Transit" yük maşınına çırpılması nəticəsində bir neçə nəfər ağır xəsarət alıb. Yaralılardan birinin vəziyyəti daha ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi