Daşkəsəndə leysan yağış və güclü külək fəsadlar törədib

Daşkəsəndə leysan yağış və güclü külək fəsadlar törədib Daşkəsən rayonunda güclü külək və leysan yağış səbəbindən elektrik enerjisinin verilməsi dayanıb.
Hadisə
189
26 Avqust , 2019 22:34
Daşkəsəndə leysan yağış və güclü külək fəsadlar törədib

Daşkəsən rayonunda güclü külək və leysan yağış səbəbindən elektrik enerjisinin verilməsi dayanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, leysan yağışla müşahidə olunan şimal-qərb küləyi bir neçə ağacın budaqlarını sındırıb, bəzi evlərin dam örtüyünü dağıdıb. Hava şəraiti səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Hazırda rayon ərazisində kəskin hava şəraiti davam edir.

Qeyd edək ki, Gəncə şəhəri və dağlıq rayonlarda şimşək çaxır, güclü külək əsir, yağıntılı hava şəraiti davam edir.

Son xəbərlər

Orphus sistemi