Daşkəsəndə kürəkəni ilə mübahisə edən qadın intihara cəhd edib

Daşkəsəndə kürəkəni ilə mübahisə edən qadın intihara cəhd edib Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
28 Sentyabr , 2016 11:37
Daşkəsəndə kürəkəni ilə mübahisə edən qadın intihara cəhd edib

Daşkəsən. 28 Sentyabr. REPORT.AZ/ Daşkəsən rayonunda kürəkəni ilə mübahisə edən qadın intihara cəhd edib. "Report"un Qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Daşkəsən kənd sakini, 1977-ci il təvəllüdlü  Reyhan Ramazan qızı Cəfərova kürəkəni ilə mübahisə etdikdən sonra evdə olan sirkə turşusunu içərək özünü öldürmək istəyib.
Zəhərlənən qaynana yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanada bildirilib ki, zəhərlənən qadına həkimlər tərəfindən dərhal tibbi yardım göstərilib: "Onun vəziyyəti orta-ağırdır".

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsindən (RPŞ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi