Yuxarı

Daşkəsəndə kişi yenicə boşandığı arvadını bıçaqlayıb

Daşkəsəndə kişi yenicə boşandığı arvadını bıçaqlayıb

67

Faktla bağlı araşdırmalara başlanılıb

Daşkəsən. 14 iyul. REPORT.AZ/ Daşkəsəndə 22 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən keçmiş həyat yoldaşı saxlanılıb.

Daşkəsən Rayon Polis Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Əhmədli kəndində baş verib. 

Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Günel Həsən qızı Abbasova keçmiş qaynatası gilə gedib. Orada hələki bilinməyən səbəbdən bir müddət əvvəl boşanmış olduğu Gəncə şəhərində yaşayan keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Elxan Rauf oğlu Əliyevlə mübahisə edib. Bu zaman qadın qarın nahiyəsindən bıçaqlanıb. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin stabil olduğu bildirilib. Polis tərəfindən saxlanılan keçmiş ər isə ifadəsində hadisəni törətmədiyini qadının özü özünə bıçaqla xəsarət yetirdiyini bildirib.

Saxlanılan şəxs E.Əliyev "Report"un yerli bürosuna qadının özü özünə bıçaqla xəsarət yetirdiyini bildirib: "Mən o qadınla yenicə boşanmışam. Onun ayağı sürüşkəndir, ona görə boşanmışam. Dünən də mənim Gəncədən kəndə gəldiyimi bilib gəlmişdi bizə. Mübahisə yarandı və özü mətbəx bıçağını götürüb özünü vurdu. Mənə şər atır mən onu vurmamışam".

Rayon Polis Şöbəsindən bildirilib ki, qadın ilkin ifadəsində keçmiş həyat yoldaşı tərəfindən bıçaqlandığını bildirsə də hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi