Yuxarı

Daşkəsəndə "KamAZ" dərəyə yuvarlanıb, sürücü xəsarət alıb

​Hadisə zamanı sürücü xəsarət alıb

Bakı. 26 iyun. REPORT.AZ/ Daşkəsən şəhərində su xətlərinin yenilənməsi işləri zamanı avtoqəza baş verib. "Report" xəbər verir ki, qum daşıyan "KamAZ" markalı avtomaşın yoldan çıxaraq dərəyə yuvarlanıb.

Yaxınlıqdakıların köməyi ilə yük maşınından çıxarılan sürücü Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin ehtimala görə, qəzaya sürücünün dönmə manevrini düzgün aparmaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi