Daşkəsəndə kabab çəkən gənc ehtiyatsızlıqdan özünü yandırıb

Daşkəsəndə kabab çəkən gənc ehtiyatsızlıqdan özünü yandırıb Hadisə manqala benzin tökərkən baş verib
Hadisə
26 İyun , 2017 19:33
Daşkəsəndə kabab çəkən gənc ehtiyatsızlıqdan özünü yandırıb
Courtesy İmage

Daşkəsən. 26 iyun. REPORT.AZ/ Daşkəsən rayonunun Xoşbulaq kəndində bədbəxt hadisə baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Qurbanov Xalıq Azər oğlu kabab çəkərkən ehtiyatsızlıqdan özünü yandırıb.

Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır.

Dostlarının dediyinə görə, o, kömürü alışdırmaq üçün manqala benzin tökərkən yanacaq onun üzərinə də dağılıb. Nəticədə onu alov bürüyüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi