Yuxarı
    Bağlamaq

    Daşkəsəndə iki avtomobil toqquşub, sürücülər xəsarət alıb

    Hər iki yaralının vəziyyəti normaldır

    Daşkəsən. 14 yanvar. REPORT.AZ/ Daşkəsən şəhərində 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

    "Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması zamanı ikinci maşın zərbənin gücündən yol kənarına aşıb.

    Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Bunlar 1989-cu il təvəllüdlü Göygöl rayon sakini İsmayılov Seymur İsa oğlu və 1994-cü il təvəllüdlü Daşkəsən rayon sakini Həsənov İsmət Vasif oğludur. 

    Hər iki yaralının vəziyyəti normaldır. Həmçinin avtomobillərə ciddi ziyan dəyib.

    Hazırda ərazidə DYP əməkdaşları tərəfindən qəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi