Daşkəsəndə həmkəndlisini güllələyən şəxs tutulub

Daşkəsəndə həmkəndlisini güllələyən şəxs tutulub Daşkəsən rayonunda mübahisə zamanı həmkəndlisini güllələyən şəxs saxlanılıb.
Hadisə
1 Sentyabr , 2021 10:41
Daşkəsəndə həmkəndlisini güllələyən şəxs tutulub

Daşkəsən rayonunda mübahisə zamanı həmkəndlisini güllələyən şəxs saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Zivlən kəndində ,1949-cu il təvəllüdlü Zahid İsmayılova ov tüfəngi ilə atəş açaraq onu ayağından güllələməkdə şübhəli bilinən şəxs, Zöhrab İmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan hadisədə istifadə olunan qeydiyyatsız ov tüfəngi də götürülüb.

Qeyd edək ki, yaralı xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi