Daşkəsəndə güclü külək evlərin dam örtüyünü uçurub, elektrik xətlərini sıradan çıxarıb - FOTO

Daşkəsəndə güclü külək evlərin dam örtüyünü uçurub, elektrik xətlərini sıradan çıxarıb - FOTO Binaların uçan dam örtükləri bir neçə avtomobilə zərər vurub
Hadisə
19 May , 2017 14:00
Daşkəsəndə güclü külək evlərin dam örtüyünü uçurub, elektrik xətlərini sıradan çıxarıb - FOTO
Report.az

Daşkəsən. 19 may. REPORT.AZ/ Daşkəsən rayonunda güclü külək bəzi fəsadlar törədib. 

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, günorta saatlarında əsən külək nəticəsində şəhərin bir hissəsində elektrik enerjisinin verilməsi dayandırılıb. Güclü külək bir neçə bina və fərdi evin dam örtüyünü uçurub, elektrik xətlərini sıradan çıxarıb.

Bir neçə elektrik dirəyi aşıb və elektrik xətləri sıradan çıxıb. Binaların uçan dam örtükləri bir neçə avtomobilə zərər vurub.

Hazırda rayon ərazisində küləkli hava şəraiti davam edir. 

Daşkəsən rayon Fövqaladə Hallar Komissiyasının sədri Cavanşır Qocayevin "Report"un yerli bürosuna verdiyi məlumata görə, təhlükəsizlik səbəbindən şəhərə elektrik enerjisi verilişi dayandırılıb, bir yaşayış binasının dam örtüyü isə tamamilə dağılıb: "Kəndlərdəki vəziyyətlə bağlı isə hələlik məlumat yoxdur. Hazırda küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görülür".

Son xəbərlər

Orphus sistemi