Daşkəsəndə Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Daşkəsəndə Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb Qarın nahiyəsindən bir bıçaq yarası alan şəxs xəstəxanaya yerləşdirilib
Hadisə
26 Aprel , 2018 22:36
Daşkəsəndə Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Daşkəsən. 26 aprel. REPORT.AZ/ Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1994-cu il təvəllüdlü Gəncə şəhər sakini Pirverdiyev Nicat Füzuli oğlu Daşkəsən şəhərində bıçaqlanıb.

Qarın nahiyəsindən bir bıçaq yarası alan şəxs xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərindəki xəstəxanaların birinə aparılıb. Özünün bildirdiyinə görə, tanımadığı şəxs tərəfindən küçədə bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi