Daşkəsəndə fərdi evdən oğurluq edilib

Daşkəsəndə fərdi evdən oğurluq edilib Kənd sakininə məxsus evdən məişət əşyaları, mis və alüminium qablar oğurlanıb
Hadisə
13 May , 2017 02:58
Daşkəsəndə fərdi evdən oğurluq edilib
Courtesy İmage

Daşkəsən. 13 may. REPORT.AZ/ Daşkəsən rayonunda fərdi evdən oğurluq faktı qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində baş verib.

Belə ki, kənd sakininə məxsus evdən müxtəlif məişət əşyaları, mis və alüminium qablar oğurlanıb. Məlumata görə, oğurluq edənlər üç nəfər olub və onlar hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi